Prezident Mingəçevirlə bağlı sərəncam imzaladı

Prezident Mingəçevirlə bağlı sərəncam imzaladı
Siyasət 1008
 

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Mingəçevir şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən 46 çoxmənzilli yaşayış binası müasir üslubda əsaslı təmir edilib, 22 nümunəvi məhəllə yaradılıb, parklar salınıb, "Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəhər Mərkəzi Xəstəxanası, Mingəçevir Dövlət Dram Teatrı, Tarix muzeyi yenidən qurulub, Gənclər Mərkəzi, təhsil və digər sosialyönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, hotellər inşa olunub.

Sərəncamda qeyd olunur ki, Mingəçevirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Çoxmənzilli binalar təmir olunacaq: Prezident pul ayırdı

Çoxmənzilli binalar təmir olunacaq: Prezident pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Re...

2428 Siyasət 19:05 19 sentyabr 2016

Son xəbərlər