Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb

Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb
İqtisadiyyat 1350

Azərbaycan prezidenti İlham Əliyev ölkədə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər