Konfrans Liqası: “Sabah” və “Neftçi”nin pley-offdakı potensial rəqibləri müəyyənləşib
Azərbaycan klubları “Sabah” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, III raundda Serbiya təmsilçisi “Partizan”la qarşılaşacaq “Sabah” mərhələ adlayacağı təqdirdə, nisbətən asan rəqiblə qarşılaşa bilər.
Çünki “Partizan”ın UEFA əmsalına görə, bu cütlük avqustun 7-də keçiriləcək püşkatma zamanı səpələnmişlər sırasında qərarlaşacaq.
III təsnifat mərhələsinin “Neftçi” – “Beşiktaş” (Türkiyə) cütü isə əksinə, səpələnməmişlərdə olacaq.
Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. “Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) birbaşa bu mərhələdən yarışa qoşulacaqlar. Onlardan “Osasuna” “Sabah”ın, digərləri isə “Neftçi”nin potensial rəqibləridir.
Eyni zamanda, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da “Neftçi” – “Beşiktaş” duelinin qalibinə rəqib ola bilərlər.
Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan “Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
Səpələnmişlər:“Ayntraxt” (Almaniya)“Lill” (Fransa)“Aston Villa” (İngiltərə)“Fiorentina” (İtaliya)“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü“Alkmaar” (Niderland) - “Santa Koloma” (Andorra) cütü“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü“Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütü“Fənərbağça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü“Midtyullan” (Danimarka) - “Omoniya” (Kipr) cütü“Partizan” (Serbiya) - “Sabah” (Azərbaycan) cütüPAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü“Makkabi” (Təl-Əviv, İsrail) - AEK (Kipr) cütü“Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü“Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütüAvropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubuAvropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu
Səpələnməmişlər:“Osasuna” (İspaniya)“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütüAPOEL (Kipr) - “Dila” Gürcüstan) cütü“Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) cütü“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü“Riyeka” (Xorvatiya) - “Torshavn” (Farer adaları) cütü“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü“Osiyek” (Xorvatiya) - “Adana Dəmirspor” (Türkiyə) cütü“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.
Oxşar xəbərlər
Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib - YENİLƏNİB
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. BAKU.WS report-a istinadən xəbər verir ki, "Sabah" II...