Çempionlar Liqasında növbəti püşk: “Qarabağ”ın potensial rəqibi bəlli olacaq

Çempionlar Liqasında növbəti püşk: “Qarabağ”ın potensial rəqibi bəlli olacaq
İdman 83

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə iki cüt müəyyənləşəcək.

Çempionlar Yolunda 5 komanda - “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaqsa, I mərhələnin də 15 cütü püşkatmada iştirak edəcək.

Adıçəkilən 5 klubdan yalnız “Aris” Azərbaycan təmsilçisi “Qarabağ”a potensial rəqib ola bilər. Çünki kiprlilər püşkdə səpələnməmişlərdə, I raundun “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” cütü isə səpələnmişlərdə qərarlaşacaq. “Qarabağ”ın digər 8 potensial rəqibi I təsnifat mərhələsinin cütləridir.

Liqa Yolunda isə püşk zamanı “Genk” (Belçika) və “Dnepr-1” (Ukrayna) səpələnmiş, “Servett” (İsveçrə) və “Panatinaikos” (Yunanıstan) səpələnməmiş səbətində olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar Yolu

Səpələnmişlər:

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Kopenhagen” (Danimarka)

“Qalatasaray” (Türkiyə)

“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) cütü

“Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) cütü

“Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) cütü

“Molde” (Norveç)

“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) cütü

“Farul” (Rumıniya) - “Şerif” (Moldova) cütü

“Partizani” (Albaniya) - BATE (Belarus) cütü

Səpələnməmişlər:

“Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütü

“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) cütü

“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütü

HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) cütü

“Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütü

“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibinin cütü

“Haken” (İsveç) - TNS (Uels) cütü

“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütü

“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) cütü

“Aris” (Kipr)

Liqa Yolu

Səpələnmişlər:

“Genk” (Belçika)

“Dnepr-1” (Ukrayna)

Səpələnməmişlər:

“Servett” (İsveçrə)

“Panatinaikos” (Yunanıstan)

Son xəbərlər