"Neftçi"yə "Qalatasaray", "Tottenhem" və “Milan” rəqib ola bilər - SİYAHI
UEFA Avropa Liqasında II təsnifat mərhələsində mübarizə aparacaq 72 komandadan 70-i müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Neftçi"nin potensial rəqiblər arasında İngiltərənin “Tottenhem”, İtaliyanın “Milan”, Türkiyənin "Qalatasaray", Almaniyanın “Volfsburq” komandaları da var.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Həmin gün saat 14:00-da isə "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Avropa LiqasıII təsnifat mərhələsi
Səpələnmişlər“Tottenhem” (İngiltərə)“Bazel” (İsveçrə)“Kopenhagen” (Danimarka)“Volfsburq” (Almaniya)APOEL (Kipr)BATE (Belarus)“Qalatasaray” (Türkiyə)“Malmö” (İsveç)“Partizan” (Serbiya)“Standard” (Belçika)“Styaua” (Rumıniya)“Qranada” (İspaniya)“Milan” (İtaliya)“Reyncers” (Şotlandiya)“Hapoel” (Beer-Şeva, İsrail)“Rusenborq” (Norveç)“Apollon” (Kipr)“Reyms” (Fransa)“Fehervar” (Macarıstan)“Riu Ave” (Portuqaliya)“Dinamo” (Moskva, Rusiya)“Slovan” (Liberets, Çexiya)“Hayduk” (Split, Xorvatiya)“Şkendiya” (Şimali Makedoniya)“Kolos” (Ukrayna)“Villem” (Niderland)TNS (Uels)“Yablonets” (Çexiya)“Lex” (Polşa)“Hartberq” (Avstriya)“Aberdin” (Şotlandiya)“Zrinski” (Bosniya və Herseqovina)“Kayrat” (Qazaxıstan)“Jalgiris” (Vilnüs, Litva)“Orxus” (Danimarka)“Motervell” (Şotlandiya)
Səpələnməmişlər“Kukesi” (Albaniya)“Servett” (İsveçrə)“Aris” (Yunanıstan)OFİ (Yunanıstan)“Ventspils” (Latviya)“Olimpiya” (Lyublyana, Sloveniya)“Linkoln” (Cəbəllütariq)“Topola” (Serbiya)“Osiyek” (Xorvatiya)“Höteborq” (İsveç)“Hammarbü” (İsveç)“Budyo Qlimt” (Norveç)“Vikinq” (Norveç)“Proqress” (Lüksemburq)“Riteryay” (Litva)MOİK (Sofiya, Bolqarıstan)“Honved” (Macarıstan)“Kaysar” (Qazaxıstan)“NEFTÇİ” (AZƏRBAYCAN)B-36 (Farer adaları)“Lokomotiv” (Plovdiv, Bolqarıstan)“Botoşani” (Rumıniya)“Pyast” (Polşa)“Teuta” (Albaniya)“Renova” (Şimali Makedoniya)“Borats” (Bosniya və Herseqovina)“Lokomotivi” (Gürcüstan)“Laçi” (Albaniya)“Hibernians” (Malta)“Dunayska Streda” (Slovakiya)“Bala Taun” (Uels)“Sfantul George” (Moldova)“Şemrok Rovers” (İrlandiya)“Kolreyn” (Şimali İrlandiya)“Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) cütünün qalibi“Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...