Avropa liqasında püşkatma - "Qarabağ"ın rəqibləri bilindi (CANLI)

31
avq
2018
15:41
"Qarabağ"ın futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki rəqibləri məlum olub. BAKU.WS-in məlumatına görə, təmsilçimiz E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə qarşılaşacaq.
***15:23Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilir. BAKU.WS-in məlumatına görə, Monakoda təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşir. Qeyd edək ki, klublar 4 səbətə bölünüb: 1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Çelsi" (İngiltərə), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Anderlext" (Belçika), "Latsio" (İtaliya)2-ci səbət: "Sportinq" (Lissabon, Portuqaliya), "Lüdoqorets" (Bolqarıstan), "Kopenhagen" (Danimarka), "Marsel" (Fransa), "Seltik" (Şotlandiya), PAOK (Yunanıstan), "Milan" (İtaliya), "Genk" (Belçika), "Fənərbağça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Astana" (Qazaxıstan), "Rapid" (Vyana, Avstriya)3-cü səbət: "Betis" (İspaniya), "QARABAĞ" (AZƏRBAYCAN), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa), "Renn" (Fransa)4-cü səbət: "Apollon" (Kipr), "Rusenborq" (Norveç), "Vorskla" (Poltava, Ukrayna), "Slaviya" (Praqa, Çexiya), "Akhisar Belediyespor" (Türkiyə), "Yablonets" (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton" (Macarıstan), "Reyncers" (Şotlandiya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Sarpsborq" (Norveç)BAKU.WS

Oxşar xəbərlər
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı
Bu gün Monakoda UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.BAKU.WS-in məlumatına görə, püşkün nəticəsinə əsasən qardaş ölkə Türkiyənin “Qalatasara...
