"Kobra" Pərviz dünya kəmərini qazandı (FOTO)
27
apr
2018
15:08
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev növbəti titulunu qazanıb.Trend-in məlumatına görə, əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, "Kobra" ləqəbi ilə tanınan idmançı “ACB KB”nin dünya kəmərinə yiyələnib.77 kq çəki dərəcəsində çıxış edən kikboksçu bu uğura Rusiyanın paytaxtı Moskvada keçirilən “ACB KB 15” turnirində imza atıb. Döyüşçümüzün kəmər uğrunda qarşılaşmadakı rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olub. Abdullayev döyüşün 3-cü raundunda nokautla qalib gələrək dünya kəmərini qazanıb.Xatırladaq ki, bu qarşılaşma Pərviz Abdullayevin peşəkar karyerasındakı 54-cü döyüşü olub. Abdullayev 23-ü nokautla olmaqla, 47 qələbə qazanıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan idmançıları seçkilərdə prezident İlham Əliyevə dəstək marafonuna qoşulublar - VİDEO
Azərbaycan idmançıları 11 apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək üçün elan olunan marafona qoşulublar.“Report” xəbər verir ki, marafonu...