İki ermənini məğlub edən Sənanın finaldakı möhtəşəm qələbəsi - VİDEO

İki ermənini məğlub edən Sənanın finaldakı möhtəşəm qələbəsi - VİDEO
Video
İdman 1469

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanovun final qarşılaşmasının görüntüsü yayımlanıb.

BAKU.WS-in məlumatına görə, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında təmsilçimiz 77 kq çəki dərəcəsində mübarizə aparıb.

O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.

O, 3:1 hesabı ilə qalib gəlib.

Süleymanov həlledici qarşılaşmayadək erməni əsilli Bolqarıstan təmsilçisi Aik Mnatsakanyandan, italiyalı Matteo Maffetsolidən, yunanıstanlı Georgios Prevolarakisdən və ermənistanlı Karapet Çalyandan üstün olub.

Qeyd edək ki, Sənan Süleymanovdan öncə Eldəniz Əzizli də fəxri kürsüyə yüksəlib. 55 kq çəkidə yarışan Avropa və dünya çempionumuz bürünc medala sahib olub. O, üçüncü yer uğrunda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər