İki ermənini məğlub edən Avropa çempionumuz: “Bundan gözəl hiss ola bilməz”

İki ermənini məğlub edən Avropa çempionumuz: “Bundan gözəl hiss ola bilməz”
İdman 375

"Avropa çempionu olmaq və yarımfinalda Ermənistan idmançısını məğlub etmək çox gözəl hissdir".

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında İtaliyanın paytaxtı Romadakı yarışda qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.

77 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı bildirib ki, öncədən qızıl medal qazanacağına inanmayıb: "Çempion oldum, bayrağımızı yüksəltdim. Mənim üçün bundan gözəl hiss ola bilməz".

S.Süleymanov növbəti hədəfinin Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq olduğunu söyləyib: "Federasiya rəhbərliyi razı olsa, lisenziya yarışlarına qatılmaq istəyirəm. Olimpiadada bu nəticəni təkrarlamaq niyyətindəyəm".

Təsnifat mərhələsində erməni əsilli Aik Mnatsakanyanı (Bolqarıstan) 5:3, yarımfinalda isə Ermənistan təmsilçisi Karapet Çalyanı 3:0 hesabı ilə üstələyən güləşçi həmin görüşlər barədə təəssüratlarını bölüşüb: "Qarşılaşmalara erməni olduqları üçün məğlub olmaq fikri ilə çıxmamışdım. Məndə ikiqat məsuliyyət var idi. Onlara qalib gəldim. Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir".

Oxşar xəbərlər

İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub

İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb. BAKU.WS-in məlumatına görə, 77 kq çəki dərəcəsində müba...

4815 İdman 22:55 11 fevral 2020

Son xəbərlər