Güləşçimiz ermənini məğlub etdi

Güləşçimiz ermənini məğlub etdi
İdman 396

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.

Təsnifat mərhələsində erməni əsilli idmançını 6:3 hesabı ilə məğlub edən Süleymanov 1/8 finala yüksəlib.

Qeyd edək ki, digər yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk qarşılaşmasında Kiril Maskeviçə (Belarus) qalib gəlib. Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə başlayacaq.

Oxşar xəbərlər

Sabah üç Azərbaycan-Ermənistan qarşıdurması olacaq

Sabah üç Azərbaycan-Ermənistan qarşıdurması olacaq

Sabah İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək. BAKU.WS xəbər verir ki, bu gün yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma m...

350 İdman 00:07 10 fevral 2020

Son xəbərlər