Sabah üç Azərbaycan-Ermənistan qarşıdurması olacaq
Sabah İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək.
BAKU.WS xəbər verir ki, bu gün yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.
Maraqlıdır ki, üç güləşçimiz debütdə erməni idmançı ilə qarşılaşacaq.
55 kq 1/4 final: Eldəniz Əzizli - Rudik Mkrtaçyan (Ermənistan)
60 kq Təsnifat: Murad Bazarov - Yakopo Sandron (İtaliya)
63 kq 1/8 final: Taleh Məmmədov - İbrahim Labazanov (Rusiya)
67 kq Təsnifat: İslambəy Dadov - Kristian İştvan Vança (Macarıstan)
72 kq 1/8 final: Ülvi Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan)
77 kq Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)
82 kq 1/8 final: Rafiq Hüseynov - Tirone Sterkenburq (Niderland)
87 kq Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (Belarus)
97 kq Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa)
130 kq 1/8 final: Sabah Şəriəti - David Ovasapyan (Ermənistan)
Oxşar xəbərlər
Güləşçimiz erməni dünya çempionunu məğlub etdi - FOTO
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. BAKU.WS-in məlumatına görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarı...