Kamilo Duran "Seltik"də ilk məşqinə çıxdı
"Qarabağ"dan Şotlandiyanın "Seltik" klubuna transfer olunan Kamilo Duran yeni komandasında ilk məşqinə çıxıb.
BAKU.WS xəbər verir ki, Qlazqo təmsilçisi kolumbiyalı hücumçunun ilk məşqindən fotoları rəsmi sosial media hesablarında yayımlayıb.
Klub paylaşımı "Komanda ilə ilk məşq" (First session with the team) qeydi ilə təqdim edib.
Kamilo Duran yeni komanda yoldaşları ilə birlikdə məşq prosesində iştirak edib və bununla da "Seltik"də hazırlıqlara rəsmən start verib.
Xatırladaq ki, "Seltik" 24 yaşlı hücumçunu "Qarabağ"dan transfer edib. Transferin dəyəri 5,5 milyon funt sterlinq (təxminən 12,5 milyon manat) təşkil edib.
Qeyd edək ki, Duran ötən mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 15 qol vuraraq diqqət çəkib. O, UEFA Çempionlar Liqasında "Nyukasl", "Ayntraxt" (Frankfurt), "Benfika" və "Ayaks"a vurduğu qollarla Avropa klublarının maraq dairəsinə düşmüşdü.
Oxşar xəbərlər
Ferstappen Sinqapur Qran-prisinin qalibi olub
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının Sinqapur Qran-prisində birinci yeri tutub. BAKU.WS xəbər verir k...