Kamilo Duran: "Sabah"la oyunlar həlledici olacaq"
Azərbaycan Kubokunun yarımfinalında və Misli Premyer Liqasında "Sabah"la oyunlar "Qarabağ" komandası üçün həlledici olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran "Report"a açıqlama verib.
24 yaşlı hücumçu hər iki turnirdə qızıl medal hədəflədiklərini söyləyib:
"Məncə, "Sabah"la görüşlərin həlledici olacağınə demək olar. Qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq ki, həmin 3 oyunda qələbə qazanaq. Ümid edirəm ki, Allahın köməkliyi ilə elə də olacaq".
Forvard ötən gün "Zirə"ni səfərdə məğlub etdikləri XXIV turun matçına toxunub:
"Çətin oyun olacağını gözləyirdik. Ümumiyyətlə, "Zirə" ilə görüşlər hər zaman ağır keçir. Onlar həmişə işimizik çətinləşdirirlər. Bununla belə, komanda şəklində meydanda yaxşı iş gördük və 3 xalımızı qazandıq. İndi artıq qarşıdakı matçlara köklənməliyik".
Oyunçu növbəti turda "Kəpəz"ə qarşı keçirəcəkləri matç haqqında danışıb:
"Bəli, əvvəlki dövrədə onlara uduzmuşduq. Bu dəfə eyni səhvləri təkrarlaya bilmərik. Səfərə mütləq 3 xal üçün yollanacağıq. Fasilə öncəsi mütləq qalib gəlməliyik".
K. Duran Kolumbiya millisinə mümkün dəvətlə bağlı da danışlb:
"Düzdür, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Ona görə də bir qədər gözləmək lazımdır. Millinin heyəti tam rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar".
Oxşar xəbərlər
Arda Gülər fantastik qol vurub
İspaniya La Liqasında XXVIII turun oyunları keçirilib. BAKU.WS xəbər verir ki, "Real Madrid" doğma meydanda "Elçe" ilə qarşılaşıb. "Kral klubu" rəqibini 4:1 hes...