Kamilo Duran: "Nyukasl"a qarşı bizi çətin və tarixi oyun gözləyir"

Kamilo Duran: Nyukasla qarşı bizi çətin və tarixi oyun gözləyir
İdman 34

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək Qarabağ FK - Newcastle United F.C. oyunu öncəsi mətbuat konfransında Ağdam təmsilçisinin hücumçusu Kamilo Duran fikirlərini bölüşüb.

BAKU.WS xəbər verir ki, futbolçu bildirib ki, İngiltərə klubları sürətli və fiziki cəhətdən güclü oyun üslubu ilə seçilir: "Bizi çətin və eyni zamanda tarixi qarşılaşma gözləyir. Öz meydanımızda, azarkeşlərimizin dəstəyi ilə mübarizə aparacağıq və onları sevindirmək üçün maksimum gücümüzü ortaya qoyacağıq".

Duran mövsümün onun üçün uğurlu keçdiyini vurğulayıb və Kolumbiya millisində çıxış etməyin uşaqlıq arzusu olduğunu deyib. O qeyd edib ki, hazırda millidən təklif almayıb və bu məqsədə çatmaq üçün sabit performans nümayiş etdirməlidir.

Qeyd edək ki, qarşılaşma sabah **Tofiq Bəhramov adına Respublika stadionu**nda saat 21:45-də başlayacaq.

Son xəbərlər