Kamilo Duran: "Mənim üçün ən vacibi vurduğum qolların "Qarabağ"a titul qazandırmasıdır"
"Qarabağ"ın futbolçusu Kamilo Duran vurduğu qolların komandasına faydalı olmasını istəyir.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında kolumbiyalı yarımmüdafiəçi özü bildirib.
24 yaşlı oyunçu Misli Premyer Liqasının XXVI turunda "Karvan-Yevlax"a qarşı matçda het-trikə imza atmasından danışıb:
"Hər şeydən öncə karyeramda ilk het-trikə imza atdığım və bununla liqa tarixində yer aldığım üçün Allaha şükür edirəm. Amma mənim üçün ən vacibi bu qolların komandama titul qazandırmasıdır. Bu hədəfə çatmaq üçün daha çox çalışacağıq".
Qeyd edək ki, Kamilo Duran "Karvan-Yevlax"la qarşılaşmada (7:0) üç qola imza atıb. O, Azərbaycan çempionatlarında het-trik edən ilk kolumbiyalı futbolçu kimi tarixə düşüb.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
"Qarabağ" qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda olacaq. BAKU.WS Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəki...