Kamilo Duran Kolumbiya millisinə dəvət alıb
10
mar
2026
17:58
"Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.
İndiyədək milli komandaya dəvət olunmayan Duran "Qarabağ"ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb.
Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində baş tutacaq.
Qeyd edək ki, Kamilo 2025-ci ilin avqustunda "Qarabağ"a keçib.
Oxşar xəbərlər
Avropa çempionatı: Niderland millisi Bakıda ikinci qələbəsini qazanıb
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında Niderl...