Joze Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir
20
iyn
2026
14:23
İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo yay transfer dönəmində Qonsalo Qarsiyanın satılmasına qarşı çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mütəxəssis 22 yaşlı futbolçunu 2026/2027 mövsümündə heyətdə görmək istəyir.
Xatırladaq ki, Qonsalo Qarsiya Madrid təmsilçisinin yetirməsidir. Hücumçu ötən mövsüm 39 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupu...