İtaliya-2026 Olimpiadasında ilk dəfə bir idmançı iki qızıl medal qazandı
İtaliyada keçirilən 2026 Qış Olimpiya Oyunlarında ilk dəfə bir idmançı iki qızıl medal qazanıb.
BAKU.WS xəbər verir ki, 24 yaşlı isveçrəli dağ xizəkçisi Franio fon Allmen bu nailiyyətə imza atan ilk idmançı olub.
Fon Allmen 7 fevral tarixində kişilər arasında sürətli eniş yarışında 1 dəqiqə 51,61 saniyə nəticə ilə qızıl medal qazanıb. Həmin yarışda italiyalı Covanni Frandzoni ikinci, Dominik Paris isə üçüncü yeri tutub.
Bu gün, 9 fevralda, Franio fon Allmen həmvətəni Tangi Nef ilə birlikdə komanda kombinasiyası (slalom) yarışında da qalib gəlib. Qeyd olunur ki, Fon Allmen öz çıxışından sonra dördüncü mövqedə olsa da, Nefin uğurlu çıxışı İsveçrə komandasını qızıl medala daşıyıb.
Maraqlıdır ki, İtaliyada qazandığı bu medallar Franio fon Allmenin karyerasında ilk Olimpiya medallarıdır. O, daha əvvəl Olimpiya Oyunlarında iştirak etməmişdi.
Oxşar xəbərlər
MOK-un erməni idmançılarla bağlı müraciətinə müsbət cavab alıb
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda "Arsax" adlı musiqidən...