"İnter" - "Barselona" oyununda azarkeşin ürəyi dayandı
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasında "Barselona" ilə yarımfinalın cavab oyununa (4:3) gələn "İnter" azarkeşinin ürəyi dayanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "FCInter1908.it" portalı məlumat yayıb.
Bildirilib ki, təqribən 40 yaşlı kişi görüşün sonunda qəfil huşunu itirərək yerə yıxılıb. Azarkeşə dərhal yardım göstərilib və ürəyi yenidən döyünməyə başlayıb.
Kişinin vəziyyəti stabilləşdikdən sonra xəstəxanaya aparılıb. O, hazırda komadadır və bu gün, mayın 8-də oyandırılmalıdır. Azarkeşdə nevroloji pozğunluq əlamətləri müşahidə edilməyib.
Qeyd edək ki, iki oyunluq qarşıdurmanın ardından Fransanın PSJ-si ilə qarşılaşacaq "İnter" Çempionlar Liqasının finalına yüksəlib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...