III MDB Oyunları: Bu gün son mükafatçılar bəlli olacaq, Gəncədə bağlanış mərasimi keçiriləcək

III MDB Oyunları: Bu gün son mükafatçılar bəlli olacaq, Gəncədə bağlanış mərasimi keçiriləcək
İdman 69

Azərbaycanda təşkil olunan III MDB Oyunlarına bu gün yekun vurulacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, yarışda sonuncu medalçılar müəyyənləşəcək.

Şəkidə bədii gimnastlar mübarizə aparacaq.

Saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Son xəbərlər