III MDB Oyunları: Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəlib
07
okt
2025
21:34
Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.
BAKU.WS yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 33 qızıl, 53 gümüş və 92 bürünc medal var.
Siyahıya Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (32 qızıl, 35 gümüş, 52 bürünc) qərarlaşıb.
İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Ayxan Cavadov dünya çempionatında finala vəsiqə qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kq-...