Hakimi Mərakeş millisində tarixi həddə çatdı
Əşrəf Hakimi Mərakeş milli komandasında yubiley oyununu keçirib.
BAKU.WS xəbər verir ki, 26 yaşlı futbolçu 2026-cı il dünya çempionatının pley-off mərhələsində Niderlanda qarşı baş tutan görüşdə milli forma ilə 100-cü matçına çıxıb.
Bununla Hakimi Mərakeş yığmasının tarixində 100 oyun həddini aşan cəmi ikinci futbolçu kimi adını tarixə yazdırıb. Bu göstəricidə rekord hələ də Nurəddin Naybetə məxsusdur. Keçmiş müdafiəçi milli komandada ümumilikdə 115 oyunda iştirak edib.
Qeyd edək ki, Mərakeş və Niderland arasında keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 3:2 hesabı ilə üstələyən Afrika təmsilçisi dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Oxşar xəbərlər
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun iki...