“Günün Yekunu” - 11 iyul 2019

“Günün Yekunu” - 11 iyul 2019
İdman 408
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.O, üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub.Daha ətraflı bu linkdə - https://baku.ws/sports/65753
“Günün Yekunu” - 11 iyul 2019
2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib.Daha ətraflı bu linkdə - https://baku.ws/economy/65758
“Günün Yekunu” - 11 iyul 2019
Müasir dövrdə valideynlər uşaqları üçün təhsilin nə qədər vacib olduğunu bilir və onların ən yaxşı məktəblərdə oxuması üçün çalışır.Azərbaycanda dövlət məktəblərində orta təhsil pulsuzdur. Lakin ölkəmizdə orta təhsil verən pullu lisey və gimnaziyalar var. Bu liseylərdə təhsillə yanaşı qiymətlər də yüksək səviyyədədir. BAKU.WS sizə özəl lisey və gimnaziyalarda olan illik təhsil haqqını təqdim edir:Siyahıya bu linkdən baxa bilərsiniz - https://baku.ws/education/65658
“Günün Yekunu” - 11 iyul 2019
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması haqda xəbərlər yayılıb.Ümumiyyətlə isə Ziya Məmmədov vəzifədə olarkən də özünün və ailə üzvlərinin ibadətlə məşğul olmaları xəbərləri vardı. Lakin mediada yayılan bu məlumatlara sabiq nazir uzun illər münasibət açıqlamayıb. “Yeni Müsavat” Ziya Məmmədovla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan barəsində deyilənlərə münasibət öyrənib.Daha ətraflı bu linkdə - https://baku.ws/lifestyle/65769
“Günün Yekunu” - 11 iyul 2019
“Gələn ildən Azərbaycanda həkimlərin əmək haqqı artacaq və bu, iki hissədən ibarət olacaq”.Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.Daha ətraflı bu linkdə - https://baku.ws/social/65772
“Günün Yekunu” - 11 iyul 2019
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media, idmançılar, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.Siyahıya bu linkdən baxa bilərsiniz - https://baku.ws/sports/65787
“Günün Yekunu” - 11 iyul 2019
Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Mtişi şəhərində İstilik Elektrik Stansiyasında partlayış baş verib.Hadisə nəticəsində 12 nəfər yaralanıb.Daha ətraflı bu linkdə - https://baku.ws/dunya/65793
“Günün Yekunu” - 11 iyul 2019
Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atıb.Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.Hadisə barədə ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65797İntihar edən polis polkovnikinin oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT - https://baku.ws/incident/65802
“Günün Yekunu” - 11 iyul 2019
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əməkhaqqının daha yüksək olduğu sahələr açıqlandı

Əməkhaqqının daha yüksək olduğu sahələr açıqlandı

2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1590,7 min nəfər olub...

1185 İqtisadiyyat 21:04 11 iyul 2019

Son xəbərlər