VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.

BAKU.WS xəbər verir ki, Avropa idmançımız N.Babayev üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub.

Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib.

Xatırladaq ki, 22 yaşlı idmançı təsnifat mərhələsində 16,36 metr nəticə ilə finala yüksəlmişdi.

Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medala sahib olub.
BAKU.WS