Azərbaycan atleti Universiadada qızıl medal qazanıb

11
iyl
2019
08:18
Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.BAKU.WS xəbər verir ki, Avropa idmançımız N.Babayev üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub.Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib.Xatırladaq ki, 22 yaşlı idmançı təsnifat mərhələsində 16,36 metr nəticə ilə finala yüksəlmişdi.Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medala sahib olub.
Oxşar xəbərlər
Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalı qazandırıb
İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.BAKU.WS-in məlumatına görə, 57 kiloqram çəki...
