Üç ayda 12 milyard qazanc

Üç ayda 12 milyard qazanc
İqtisadiyyat 984
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12 milyard 590,6 milyon manat təşkil edib.BAKU.WS-in məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirlər 1275,7 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 milyard 567,3 milyon manatlıq vəsait qalıb.2019-cu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 2824,9 manat, qeyri-neft sektorunda 501,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 446,5 manat, özəl müəssisələrdə isə 696,7 manat olub.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb

2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri 3 milyard 800,0 milyon manat təşkil edib.BAKU.WS-in məlumatına görə, əhalinin gəlirləri əvvəlki ilə n...

579 İqtisadiyyat 20:31 20 fevral 2019

Son xəbərlər