Əhalidə 33,1 milyard manat var

Əhalidə 33,1 milyard manat var
İqtisadiyyat 3476
İlkin məlumatlara görə, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq 36 mlrd. 247 mln. manata çatıb.BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3728 manat və ya ayda 414,2 manat təşkil edərək 6,9% artıb.Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8-i kreditlər üzrə faizlərin ödənilməsinə (652 mln. manat) sərf edilib, 3,9%-i isə yığıma yönəldilib.Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 mlrd. 157,3 mln. manatlıq vəsait qalıb.BAKU.WS

Son xəbərlər