Azərbaycanın dövlət büdcəsində yarım milyard manatlıq kəsir yaranıb
15
sen
2017
17:35
Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 788,8 mln. manat, xərcləri 11 327,5 mln. manat təşkil edib.BAKU.WS-in “Report”a istinadla məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumata əsasən xəbər verir.Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 30,3%, büdcə xərcləri isə 21,2% artıb. Büdcənin icrasında 538,7 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 1,2%-i qədər kəsir yaranıb. Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 34,3% artaraq 9410,1 mln. manata, xərcləri isə 19,2% artaraq 9765,6 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 355,5 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,9%-ni təşkil edib.BAKU.WS
Oxşar xəbərlər
Bu ilin birinci yarısında dövlət büdcəsi 471 mln. kəsirlə icra edilib
Cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 7 722,8 mln. manat, xərcləri 8 193,9 mln. manat olub, 471,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranı...