Azərbaycanda bu işçilərin maaşı artıb

Azərbaycanda bu işçilərin maaşı artıb
İqtisadiyyat 3980

 

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 499,9 manat təşkil edib.

BAKU.WS-in məlumatına görə, əmək haqqı neft sektorunda 3007,1 manat, qeyri-neft sektorunda 440,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378,9 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 671,5 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu işçilərin maaşı artdı (RƏSMİ)

Azərbaycanda bu işçilərin maaşı artdı (RƏSMİ)

2017-ci il martın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1515,7 min nəfər olub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövl...

2578 İqtisadiyyat 11:45 11 aprel 2017

Son xəbərlər