Azərbaycanda bu sahədə işləyənlərin maaşı 3 min manatdan çoxdur

Azərbaycanda bu sahədə işləyənlərin maaşı 3 min manatdan çoxdur
İqtisadiyyat 5367

Cari ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat təşkil edib.

BAKU.WS AzərTAc-a istinadən xəbər verir ki, əməkhaqqı neft sektorunda 3174,4 manat, qeyri-neft sektorunda 440,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 378,4 manat, özəl müəssisələrdə çalışan işçilərin əməkhaqları isə 683,6 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda əmək haqları 5,1 faiz artıb

Azərbaycanda əmək haqları 5,1 faiz artıb

2017-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 5...

6499 İqtisadiyyat 16:40 22 mart 2017

Son xəbərlər