SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.

Hüquq mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, Orxan Ağayevin ölümünün intihar olduğu dəqiqləşməyib.

Hadisənin intihar olub-olmadığı və digər ətraflı məlumatlar prokurorluq tərəfindən araşdırılır.

16:03:40

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

BAKU.WS
oxu.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.

Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
 
Bakupost.az-ın məlumatına görə, Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur. Bildirilir ki, O.Ağayev idmanla məşğul imiş. O, cüdo üzrə Azərbaycan çempionu olub.
BAKU.WS