23 yaşlı Bakı sakini özünü 10-cu mərtəbədən atıb
14
avq
2017
11:14
Bakıda intihar hadisəsi baş verib.
Nizami rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Musayev Həzrət Əsədulla oğlu Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383-də 49 saylı binanın 10-cu mərtəbəsindən, 154 saylı mənzildən özünü atıb. H.Musayev hadisə yerində dünyasını dəyişib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Fakla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda gənc yazar özünü 17-ci mərtəbədən ataraq intihar edib
Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. BAKU.WS-in "Report"-a istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda ba...