Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atdı (YENİLƏNİB)
11
iyl
2019
16:31
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.Hüquq mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, Orxan Ağayevin ölümünün intihar olduğu dəqiqləşməyib.Hadisənin intihar olub-olmadığı və digər ətraflı məlumatlar prokurorluq tərəfindən araşdırılır.16:03:40Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb. İntiharın səbəbləri hələlik məlum deyil.Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Bakupost.az-ın məlumatına görə, Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur. Bildirilir ki, O.Ağayev idmanla məşğul imiş. O, cüdo üzrə Azərbaycan çempionu olub.
Oxşar xəbərlər
Bakıda 56 yaşlı kişi özünü doğrayaraq öldürdü
Bakıda intihar olub.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.Rayon sakini, 1962-ci il təvəllüdlü İbad Qubad...