Güləşçimiz gümüş medal qazandı

18
avq
2019
11:42
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.Beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, təmsilçimiz Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısı ilə üz-üzə gələn Z.Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya çempionatının finalına vəsiqə qazanan ilk güləşçimiz olub.Pəhləvanımız avqustun 17-də baş tutan həlledici qarşılaşmada Rusiya təmsilçisinə uduzub və gümüş medalı boynundan asıb.
Oxşar xəbərlər
Güləşçimiz dünya çempionatında finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında finala yüksəlib.BAKU.WS-in məlumatı...
