Güləşçimiz dünya çempionatında erməniyə qalib gəldi
13
avq
2019
23:13
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.BAKU.WS-in məlumatına görə, mundialın ilk medal günündə Azərbaycan millisinin 2 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb. Yığmamızın heyətində Turan Bayramov (65 kq) üçüncü yer uğrunda Ahmet Salim Yiğitlə (Türkiyə) üz-üzə gəlib və 8:0 hesabı ilə qələbə qazanıb. Onun kimi, Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub. Pəhləvanımız üçüncü yer uğrunda qarşılaşmada erməni Arman Avaqyana 6:4 hesabı ilə qalib gəlib. Digər güləşçilərimizdən Mahir Məmmədzadə (57 kq) təsəlliverici, Əşrəf Aşırov (70 kq) üçüncü yer uğrunda görüşdə məğlub olub.
Oxşar xəbərlər
Güləşçimiz erməni dünya çempionunun kürəyini yerə vurdu
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.BA...