Fransa millisinin baş məşqçi postuna əsas namizəd bəlli olub
Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra futbol üzrə Fransa milli komandasının yeni baş məşqçisi ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Le Parisen" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 52 yaşlı mütəxəssis millidəki karyerasını başa vurduğunu açıqlayan Didye Deşamı əvəz edə bilər.
Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırıb. Bu müddət ərzində o, iki dəfə komandanı İspaniya çempionu tituluna çıxarıb, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu qazanıb, iki dəfə Klublararası Dünya Kubokunu və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Oxşar xəbərlər
Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Komandamızın heyətində Sübhan Mamedovun (50 kq) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanı...