“Formula-2”: VII mərhələdə ilk “üçlük” dəqiqləşib

“Formula-2”: VII mərhələdə ilk “üçlük” dəqiqləşib
İdman 1469
 

Bakıda "Formula-2” üzrə yarışının VII mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, 20 pilotun qatıldığı 29 dövrəli mübarizə "PREMA Racing” ko­mandasının pilotu Şarl ­Leklerin qələbəsi ilə yekunlaşıb.

20 yaşlı pilot 1:54.025 nəticə göstərib. İkinci yeri Niderland "Rapax"ından Nik De Vries (1:54.891), üçüncü pilləni isə Kanada DAMS-ından Nikolas Latifi (1:54.935) tutub. 

Yarışda 14 pilot çıxışını sonadək davam etdirib. Antonio Fuoko (İtaliya, "Prema Racing”), Coni Sekottonun (Venesuela, "Rapax”) Şon Gelaelın (İndoneziya, "Pertamina Arden”), Sergey Sirotkin (Rusiya, "ART Grand Prix”), Nobuharu Matsuşita (Yaponiya, "ART Grand Prix”) və Qustav Malyanın (İsveç, "Racing Engineering”) qəza törətdiklərindən mübarizəni vaxtından əvvəl dayandırıblar.

Qeyd edək ki, "Formula-2” VIII mərhələsi sabah olacaq. Pilotlar saat 14:00-da start götürəcək yarışda 21 dövrə vuracaqlar. 

 

BAKU.WS

Oxşar xəbərlər

Formula 1 pilotları sərbəst yürüş zamanı yolu səhv saldılar

Formula 1 pilotları sərbəst yürüş zamanı yolu səhv saldılar

Bakıda keçirilən Formula 1 yarışlarının birinci sərbəst yürüşü zamanı 4 pilot – Kevin Maqnussen ("Haas"), Kimi Raykkonen ("Ferrari"), Colyon Palmer ("Renault")...

3204 İdman 14:49 23 iyun 2017

Son xəbərlər