Formula-1 Avropa Qran-prisinin GP2 yarışı başlayıb

Formula-1 Avropa Qran-prisinin GP2 yarışı başlayıb
İdman 1178

İyunun 19-da saat 14:00-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin yekun mərhələsi start götürüb.

BAKU.WS xəbər verir ki, əsas yarışdan əvvəl GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar. Onlar Formula-1ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini keçirirlər.

Yarışda bolidlərin start düzülüşü iyunun 18-də keçirilən yürüşdə müəyyənləşib. Belə ki, dünənki yarışda 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.

Pilodlar bolidləri ilə 45 dəqiqə ərzində 120 kilometr məsafə qət edəcəklər. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq, 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.

GP2 iştirakçılarının ilk yürüşündə "Prema Racing” komandasından Antonio Covinatsi finişə birinci çatmışdı. "ART” komandasının üzvü Sergey Sirotkin ikinci, "Russian Time” komandasının pilotu Rafael Marçello isə üçüncü olmuşdu.

BAKU.WS

Oxşar xəbərlər

Bakı trasında böyük qəza - 6 bolid toqquşdu (FOTOLAR)

Bakı trasında böyük qəza - 6 bolid toqquşdu (FOTOLAR)

Bakı şəhər halqasında GP2 seriyası üzrə birinci yarışa start verilib. AzVision.az xəbər verir ki, yarışın ilk döngəsində qəza baş verib. Qəza nəticəsində 6 pi...

8436 Hadisə 12:39 18 iyun 2016

Son xəbərlər