“Formula-2”: Son yarışın qalibi bəlli olub - YENİLƏNİB
Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, bu gün keçirilən yarış Juri Vipsin qələbəsi ilə başa çatıb.
11 komandanın pilotları 28 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Hitech Grand Prix”in üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Oskar Pyastri (“Prema”) ikinci, onun komanda yoldaşı Robert Şvartzman üçüncü yeri tutub.
Qeyd edək ki, dünən “Formula-2” üzrə iki sprint yarışı keçirilib. Robert Şvartzman (“Prema”) birinci, Juri Vips (“Hitech Grand Prix”) isə ikinci yarışın qalibi olub.
***12:56
Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yarışın startı verilib.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, 11 komandanın pilotları bir saat beş dəqiqə ərzində dövrə vuraraq, qalibi müəyyənləşdirəcəklər.
“Əvəzedicilər” bununla da paytaxtımızda keçirilən Azərbaycan Qran-prisi çərçivəsində çıxışlarını yekunlaşdıracaqlar.
Qeyd edək ki, Bakıda “Formula-2” üzrə dünən təşkil olunan ilk iki sprint yarışında müvafiq olaraq Robert Şvartzman (“Prema”) və Juri Vips (“Hitech Grand Prix”) qalib adını qazanıb.
Oxşar xəbərlər
Bu gün Azərbaycan Qran-prisi başlayır
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci...