Bu gün Bakıda “Formula-1” üzrə yarışlar başlayır
27
apr
2018
09:09
Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-Prisinə start veriləcək.Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 4-cü sınağında saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Şənbə və bazar günləri hər biri “Formula-1” Qran-Prisi üçün əsas günlərdi. Belə ki, aprelin 28-də “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün Kristina Aqileranın konserti ilə yekunlaşacaq. Ondan sonra səhnədə Aksvell Λ İnqrosso yer alacaq.Aprelin 29-da “Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 16:10-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Dua Lipa konserti nəzərdə tutulub. Əvvəlki illərdən fərqli, bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərəcək.Bu mərhələyə də əvvəlki yarış kimi 10 komandanın heyətində 20 pilot qatılacaq.Qeyd edək ki, martın 25-də Avstraliyada start götürən mövsümdə 3 mərhələdən sonra pilotların mübarizəsində 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel (54 xal) liderdi. Onu “Mersedes”dən Luis Hamiltonla (45 xal) Valterri Bottas (40) izləyir. Komanda hesabında isə “Mersedes” 85 xalla birincidi. "Ferrari" 84 xalla ikinci, "Red Bull" 55 xalla üçüncüdür.BAKU.WS
Oxşar xəbərlər
Formula 1 yarışlarında üçüncü sərbəst yürüşün NƏTİCƏLƏRİ
Bakıda keçirilən Formula 1 yarışlarında üçüncü sərbəst yürüş başa çatıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu mərhələni "Mercedes" komandasının pilotu...