Formula 1 pilotunun bolidi yanıb - FOTO

Formula 1 pilotunun bolidi yanıb - FOTO
İdman 3413
 

Bakıda keçirilən Formula 1 yarışlarının üçüncü sərbəst yürüşündə "Renault" komandasının pilotu Colyon Palmer mühərrikdə yaranan problemlərlə əlaqədar trası tərk edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ikinci döngədə bolidi tüstülənməyə və yanmağa başlayıb. Pilot bolidi vaxtında tərk edə bilib. Marşallar yanğının qarşısını alıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

BAKU.WS

Formula 1 pilotunun bolidi yanıb - FOTO

Oxşar xəbərlər

“Formula 1”də ikinci sərbəst yürüşə yekun vurulub

“Formula 1”də ikinci sərbəst yürüşə yekun vurulub

"Formula 1” üzrə Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşünə yekun vurulub. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ilk sərbəst yürüşdə olduğu kimi, bu...

1454 İdman 21:24 23 iyun 2017

Son xəbərlər