“Formula 1”də ikinci sərbəst yürüşə yekun vurulub
"Formula 1” üzrə Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşünə yekun vurulub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ilk sərbəst yürüşdə olduğu kimi, bu dəfə də "Red Bull” komandasının pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib - 1:43.362. Onun idarə etdiyi bolid sessiyanın başa çatmasına 35 saniyə qalmış səddə dəyib dayansa da, bu, hollandiyalının birinci olmasına mane olmayıb.
İkinci nəticəni "Mercedes”in pilotu Valtteri Bottas - 1:43.462, üçüncü nəticəni isə "Red Bull” komandasının növbəti pilotu Daniel Rikardo göstərib - 1:43.473.
Qeyd edək ki, ilk sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull” komandasının pilotu Maks Ferstappen göstərib - 1:44.410. Daniel Rikkardo (Red Bull) ikinci, Sebastyan Fettel (Ferrari) isə üçüncü olub. Sonuncu sərbəst yürüş iyunun 24-də sıralama turundan 3 saat əvvəl, yəni saat 14:00-da olacaq.
Qeyd edək ki, iyunun 24-də 29 dövrədən ibarət birinci, ertəsi gün isə 12 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Formula 1 pilotları sərbəst yürüş zamanı yolu səhv saldılar
Bakıda keçirilən Formula 1 yarışlarının birinci sərbəst yürüşü zamanı 4 pilot – Kevin Maqnussen ("Haas"), Kimi Raykkonen ("Ferrari"), Colyon Palmer ("Renault")...