"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlanıb.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər Halqasından məlumat verilib.
Azarkeşlər biletləri www.azerbaijangp.com veb səhifəsindən əldə edə bilər. Həmçinin, "Baku City Circuit" mobil tətbiqi üzərindən 20 % güzəştlə biletlər almaq mümkündür.
Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar.
Ötən il Pit zolağı gəzintisində iştirakçı sayı rekord sayda olub. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.
Oxşar xəbərlər
DÇ-2026 seçmə mərhələsi: Azərbaycan ilk görüşdə İslandiyaya böyük hesabla məğlub oldu
DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarş...
