Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
Yeniliklərdən dərhal xəbərdar olun
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb. O, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək üç oyunda fəaliyyət göstərəcək.
BAKU.WS xəbər verir ki, Lütfəliyeva oktyabrın 17-də Yunanıstan-Albaniya, 23-də Albaniya-İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya-Albaniya görüşünün ehtiyat hakimi olacaq.
Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...