EYOF: Daha bir güləşçimiz qızıl medal qazandı
23
iyl
2019
18:41
Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov iyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında qızıl medal qazanıb.BAKU.WS-in məlumatına görə, yarışda 51 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda rusiyalı Rüstəm Dolayev ilə qarşılaşıb. Oyunun sonunda hesabda geri olan güləşçimiz yüksək əzmkarlıq göstərərək qarşılaşmanın başa çatmasına 15 saniyə qalmış ardıcıl fəndlər sayəsində 8:5 hesabı ilə qalib gəlib. Bununla da K.Heybətov festivalda Azərbaycanın aktivinə 7-ci qızıl medalı qazandırıb.Bu çəki dərəcəsində bürünc medallara ukraynalı İvan Terzi və moldovalı Konstantinam Kirilov sahib olublar.Xatırladaq ki, K.Heybətov finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda yunanıstanlı Nektarios Kuzupisə (12:1) qalib gəlib.Bunula da Azərbaycan güləşçiləri Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalını (EYOF) 16 medalla başa vurublar. Bunlardan 8-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.Sonuncu - 3-cü yarış günündə yunan-Roma güləşçilərindən Elmir Əliyev (51 kq) ilə Xasay Həsənli (65 kq) qızıl, qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) gümüş, Nigar Mirzəzadə (65 kq) bürünc medal əldə edib. Sərbəst güləşçilərdən Kənan Heybətov (51 kq) və Cəbrayıl Hacıyev (65 kq) qızıl medala sahib olub.Qeyd edək ki, daha öncə yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbаnov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.
Oxşar xəbərlər
EYOF: Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.60 kq çəki dərəcəsində mübarizə...