Elmar Vəliyevin oğlu istefa verib

Elmar Vəliyevin oğlu istefa verib
İdman 1896

“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib. BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, E.Vəliyev qərarını işlərinin çoxluğu ilə əlaqələndirib.

Onun yerinə hələlik heç bir təyinat yoxdur.

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi.

O, avqust ayında prezidentin Sərəncamı ilə istefaya göndərilən Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin oğludur.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər