Eddi Hau "Nyukasl"dan ayrılır – əsas namizəd müəyyənləşdi

Eddi Hau Nyukasldan ayrılır – əsas namizəd müəyyənləşdi
İdman 19

İngiltərənin "Nyukasl" klubunun baş məşqçisi Eddi Hau komandadakı fəaliyyətini başa vurmağa qərar verib.

BAKU.WS xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər əvvəlcə əməkdaşlığı davam etdirməyi planlaşdırsa da, 48 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə fasilə vermək istədiyini rəhbərliyə çatdırıb və klubdan ayrılmaq qərarı verib.

Məlumata görə, "Nyukasl"ın baş məşqçi postuna əsas namizəd hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunu çalışdıran almaniyalı mütəxəssis Matias Yayssledir.

Qeyd edək ki, Eddi Hau 2021-ci ilin noyabrından "Nyukasl"a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub. Klub ötən mövsümü Premyer Liqada 12-ci pillədə başa vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər