Dursun Özbek İkardini xilas etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi boşanma və qəyyumluq davası zamanı vəkillərini itirmək həddinə gəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İkardi xəbərsiz şəkildə keçmiş həyat yoldaşı Vanda Naranın evinə getdikdən sonra vəkilləri Elba Marcovecchio, Lara Piro və Guadalupe Guerrero futbolçunu təmsil etməyi dayandırmaq qərarına gəlib.
Klubun prezidenti Dursun Özbek isə beynəlxalq nüfuzundan istifadə edərək İkardi üçün güclü vəkil tutub. Məlumata görə, bu dəyişiklik İkardinin məhkəmə prosesinə ciddi təsir edə bilər.
"Qalatasaray" prezidentinin klubun ən önəmli adlarından biri üçün göstərdiyi dəstək "CimBom" sevərlər tərəfindən bəyənilib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...