Dünyanın ən nüfuzlu bukmeyker kontorları “Çelsi” - “Qarabağ” oyununun əmsallarını AÇIQLADI
21
noy
2017
10:15
Azərbaycan təmsilçisi “Qarabağ”ın “Çelsi”ylə Çempionlar Liqasındakı qarşılaşmasına maraq həddən artıqdır. Bəzi futbolsevərlər oyuna baxmaqla yanaşı mərc etmək barədə də düşünür. Ancaq maraqlısı ondadır ki, bu qarşılaşmaya dünyanın nüfuzlu bukmeyker kontorları müxtəlif əmsallar verib. BAKU.WS-in məlumatına görə, əksər kontorlar "Çelsi"nin qələbəsinə 1,30 civarında əmsal verib. "Qarabağ"ın isə qələbəsini sensasiya kimi görən bukmeyker kontorları çox yüksək əmsallar təklif edir. Belə ki, təmsilçimizin qələbəsinə verilən ən yüksək əmsal 12-dir."Çelsi"nin favorit olduğu matçda "Qarabağ"ın şansları çox az qiymətləndirilir. BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın "Çelsi"ylə matçına satılan biletlərin sayı məlum oldu
Çempionlar liqasında "Qarabağ"ın "Çelsi"ylə matçına satılan biletlərin sayı məlum olub. BAKU.WS-in məlumatına görə, "Qarabağ"ın "Çelsi"ylə matçına satılan bilet...