Dünyanın ən nüfuzlu bukmeyker kontorları “Çelsi” - “Qarabağ” oyununun əmsallarını AÇIQLADI
12
sen
2017
12:48
Azərbaycan təmsilçisi “Qarabağ”ın “Çelsi”ylə Çempionlar Liqasındakı qarşılaşmasına maraq həddən artıqdır. Bəzi futbolsevərlər oyuna baxmaqla yanaşı mərc etmək barədə də düşünür. Ancaq maraqlısı ondadır ki, bu qarşılaşmaya dünyanın nüfuzlu bukmeyker kontorları müxtəlif əmsallar verib. BAKU.WS-in məlumatına görə, əksər kontorlar "Çelsi"nin qələbəsinə 1,14 civarında əmsal verib. "Qarabağ"ın isə qələbəsini sensasiya kimi görən bukmeyker kontorları çox yüksək əmsallar təklif edir. Belə ki, təmsilçimizin qələbəsinə verilən ən yüksək əmsal 34-dür. "Qarabağ" qələbə qazanacaqsa komandamızın qələbəsinə 10 manat pul qoyan şəxs 340 manat pul götürə biləcək. "Çelsi"nin favorit olduğu matçda "Qarabağ"ın şansları çox az qiymətləndirilir. Bəzi bukmeyker kontorları isə ümumiyyətlə oyunun nəticələri barədə əmsal verməyib. BAKU.WS
Oxşar xəbərlər
"Çelsi" - "Qarabağ" matçına doğru - düşərgələrdən son məlumatlar (VİDEO)
Azərbaycan təmsilçisi “Qarabağ” ötən gün “Çelsi”ylə qarşılaşmanın hazırlıqlarını tamamlayıb.BAKU.WS-in məlumatına görə, komandamızın son məşqi oyunun keçiriləcə...